
Danimarka millisinin üzvü Bundesliqa klubunda
Almaniyanın “Ayntraxt” klubu Danimarka millisinin sağ cinah müdafiəçisi Rasmus Kristenseni heyətinə cəlb edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 1 il müddətinə İngiltərənin “Lids” klubundan icarəyə götürülüb.
O, 2023-2024 mövsümünü icarə əsasında İtaliya təmsilçisi “Roma”da keçirib.
Krisensen Danimarka millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin