Danimarka millisinin oyunu azərbaycanlı hakimlərə tapşırıldı

Futzal üzrə dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Komanda.az xəbər verir ki, futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov dünya çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək Rumıniya – Danimarka oyununa təyinat alıblar.

Oktyabrın 6-da, Rumıniyanın Targu Mures şəhərindəki “City Hall Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da balayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button