Danimarka millisinin hücumçusu Türkiyə klubunda
Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Sakıb Aytaç ilə danimarkalı hücumçu Nikolay Yorgenseni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sakıb Aytaç geridə qalan mövsümü “Dənizlispor”da keçirib. 29 yaşlı sol cinah müdafiəçisi bu komandanın heyətində Super Liqada meydana çıxdığı 17 oyunda 1 qol da vurub. O, əvvəllər “Yeni Malatyaspor”, “Kayserispor”, “Antalyaspor” kimi klubların da formasını geyinib.
Nikolay Yorgensen isə Niderlandın “Feyenoord” klubundan transfer olunub. 30 yaşlı hücumçu 2016-cı ildən sözügedən komandanın uğurları üçün çalışırdı. Danimarkalı futbolçu əvvəllər “Kopenhagen”, “Kayzerslautern”, “Bayer” klublarının da formasını geyinib. Danimarka yığmasında 41 oyun keçirmiş futbolçu, 9 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin