Danimarka millisinin hücumçusu “Trabzonspor”da!

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Danimarka millisinin hücumçusu Andreas Korneliusu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyanın “Atalanta” klubundan transfer olunan 28 yaşlı futbolçu artıq Türkiyəyə gəlib. Onun ən qısa zamanda yeni klubu ilə rəsmi müqaviləyə imza atması gözlənilir.

Türkiyə mətbuatının yazdığına görə, “Trabzonspor” bu transferə görə 5.1 milyon avrosundan keçib. Futbolçunun özü isə Trabzon təmsilçisində 2.2 milyon avro qazanacaq.

Kornelius geridə qalan mövsümü icarə əsasında “Parma”da keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 30 matçda 1 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button