AÇ-2020-dəki oyunu ilə diqqət çəkdi – “Barselona”dan 50 milyon avroluq təklif

Danimarka milli komandasının və “Sampdoriya”nın futbolçusu Mikkel Damsqaard Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, AÇ-2020-də Danimarka yığması ilə sərgilədiyi oyunla diqqətləri çəkən 20 yaşlı yarımmüdafiəçiylə “Barselona” və “Milan” klubları yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Barselona” Damsqaard üçün klubuna 50 milyon avro təklif edib. Lakin “Sampdoriya”nın prezidenti Massimo Ferrero yerli mətbuata açıqlamasında, nə olur olsun, gənc futbolçunu satmayacaqlarını deyib.

2020-ci ilin yayında Danimarkanın “Norşelland” klubundan 6,75 milyon avro qarşılığında “Sampdoriya”ya keçən Damsqaard AÇ-2020-də 3 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button