AÇ-2020: “Eriksenin yanına gedəndə nəfəs alırdı, lakin…”
Danimarka milli komandasının həkimi Morten Bosen AÇ-2020-nin Finlandiya ilə matçında huşunu itirən Kristian Eriksenlə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Bosen, Eriksenin xəstəxanaya müayinə üçün getdiyini deyib:
“Eriksenin yanına gedəndə nəfəs alırdı, lakin bu vəziyyət tez dəyişdi. Onu həyatda saxlamaq üçün tez müdaxilə etdik. Şükür ki, güclü oldu və xəstəxanaya getməzdən əvvəl onunla danışa bildim. Eriksen xəstəxanaya müayinə üçün yollandı”.
Danimarka – Finlandiya matçı 0:1 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin