AÇ-2020: “Bakıda çox güc sərf etdik”
Danimarka milli komandasının baş məşqçisi Kasper Yulmann AÇ-2020-nin yarımfinal mərhələsi çərçivəsində İngiltərəyə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Yulmann, matçla bağlı bunları deyib:
“Təbii ki, hər kəs bizi necə çətin bir yarımfinalın gözlədiyini bilir. İngiltərə millisini bir müddətdir yaxından izləyirəm. Yığmanın baş məşqçisi Qaret Sautqeyt çox yaxşı işlər görür. Komandada istedadlı futbolçular çoxdur.
İngiltərə yığması evində oynayacaq. Buna baxmayaraq, vəziyyətdən məmnunuq. Keçmişdə İngiltərə millisinə qarşı uğurlu oyunlarımız olub. Özümüzə inanırıq. Şübhəsiz ki, İngiltərə yığması favoritdir, ancaq finala çıxmaq üçün ən yaxşı oyunu göstərmək lazımdır.
Müəyyən problemlərimiz var. Bakıda çox güc sərf etdik. Heyətdə zədəli oyunçu yoxdur və bütün futbolçular oynamağa hazırdır”.
Sabah keçiriləcək İngiltərə – Danimarka matçı saat 23:00-da başlayacaq.
Danimarka yığması AÇ-2020-nin 1/4 finalında Çexiyanı məğlub edib – 2:1. Sözügedən qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib.
Bizi Facebook-da izləyin