Danimarka klubunun futbolçusu “Qarabağ”a “yox” deyib

Danimarkanın “Hobro” klubunun vingeri Lusius Don Didsonun “Qarabağ”a keçidi baş tutmayıb.

Komanda.az xəbər verir ki, bu barədə “bold.dk” portalı məlumat yayıb. 22 yaşlı futbolçu karyerasını Skandinaviyada davam etdirmək istəyib. Buna görə də, Ağdam klubunun təklifindən imtina edib.

“Köhlər atlar” haitili oyunçuya uzunmüddətli müqavilə təklif edib.

Don Didson 2019-cu ildən “Hobro”da çıxış edir. Onun klubla müqaviləsi yayda bitəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button