Danimarka – İngiltərə matçının ən yaxşı futbolçusu açıqlandı
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Danimarka – İngiltərə matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, danimarkalıların heyətində Pyer-Emil Hoyberq qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
90 dəqiqə ərzində meydanda olan 28 yaşlı futbolçu görüşü yüksək səviyyədə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin