“Əsas məqsədimiz A Seriyasını qazanmaqdır” – “Yuventus”un futbolçusu

“Yuventus”un futbolçusu Danilo Turin klubunun avrokuboklardan kənarlaşdırılmasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klub rəhbərliyinin vəziyyəti düzgün dəyərləndirəcəyi halda, yaxşı işlər görə biləcəklərini söyləyib:

“Əlbəttə, avrokuboklarda çıxış etmək istəyirdik. Klub rəhbərliyi hazırkı vəziyyəti düzgün dəyərləndirə bilsə, yaxşı işlər görə bilərik.

Qarşıdakı mövsümdə diqqətimizi İtaliya çempionatına və kubokuna yönəltməliyik. Əsas məqsədimiz A Seriyasını qazanmaq və “Yuventus”u yenə də İtaliya futbolunun zirvəsinə aparmaqdır”.

Öncədən “qoca sinyora”nın avrokuboklardan kənarlaşdırılması haqda xəbər vermişdik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button