16 nömrəli formaya görə De Rossidən icazə istəyib
“Roma”nın yeni transferi Leandro Paredes komandada 16 nömrəni formanı geyinmək üçün “canavarlar”ın keçmiş yarımmüdafiəçisi Daniele De Rossidən icazə istəyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu 16 nömrəli formanı daşımağın özü üçün böyük şərəf olduğunu bildirib:
“De Rossinin icazəsi olmasaydı, mən bu nömrəni heç vaxt almazdım. Mənə mesaj göndərdi ki, 16 nömrəli formanı geyinsəm, xoşbəxt olacaq. Bu mənim üçün böyük şərəfdir, mən Danieleye böyük hörmətlə yanaşıram. Nəinki meydanda, hətta ondan kənarda da mənim üçün etdiklərinə görə ona həmişə minnətdar olacam. Mən bu şansdan istifadə edib De Rossiyə bir daha təşəkkür etmək istəyirəm”.
De Rossi gedəndən sonra “Roma”da heç kim bu nömrəni daşımamışdı.
Bizi Facebook-da izləyin