“Real”ın futbolçusundan “Barselona”lıya dəstək
“Real”ın müdafiəçisi Dani Karvahal “Barselona”nın zədəli yarımmüdafiəçisi Pedriyə dəstək olub. Onlar İspaniya millisində birlikdə oynayırlar.
Komanda.az COPE-yə istinadən xəbər verir ki, Karvahal Pedrinin AÇ-2024-ə qatılacağına ümid etdiyini bildirib:
“Pedriyə böyük bir sevgi göndərmək istəyirəm. Ümid edirəm ki, o, AÇ-2024-də oynaya bilər. O, çox gəncdir, hələ qarşıda uzun karyerası var. Əminəm ki, o, bu vəziyyətdən çıxacaq”.
21 yaşlı yarımmüdafiəçi martın əvvəlində sağ bud əzələsindən zədə alıb. O, bu mövsüm artıq iki dəfə oxşar problemlə üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin