Prokuror Dani Alveşə 9 il həbs cəzası tələb edib
Barselona prokurorluğu cinsi təcavüzdə ittiham olunan Dani Alveşə 9 il həbs cəzası istəyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Barselonadakı gecə klubunda 23 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən Braziliya millisinin sabiq futbolçusundan 150 min avro təzminat da tələb olunur.
40 yaşlı futbolçu 6 aydır ki, nəzarət altında saxlanılır.
Alveş karyerası ərzində “Yuventus”, “Barselona” və PSJ-də də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin