Dani Alveş İspaniya məhkəməsinə çıxarılacaq
İspaniyanın İstintaq Palatası “Barselona”nın keçmiş müdafiəçisi Dani Alveşin məhkəməyə verilməsi üçün kifayət qədər dəlil olduğunu bildirib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu tezliklə cinsi təcavüz ittihamı ilə İspaniya məhkəməsinə çıxarılacaq. Barselona İstintaq Palatası məhkəmə araşdırmasına başlamaq üçün kifayət qədər sübutların olduğunu açıqlayıb ki, bu da prokurorun tövsiyələrinə uyğundur. Məhkəmənin vaxtı hələ açıqlanmayıb.
Barselonada gecə klubunda şikayətçi ilə cinsi əlaqənin razılıq əsasında olduğunu iddia edən Alveşi 15 ilə qədər həbs gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin