“Dandalk”ın oyunu təxirə salındı – “Qarabağ”a görə
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Dandalk” İrlandiya çempionatının növbəti turunda da meydana çıxmayacaq.
Komanda.az xəbər verir ki, sözügedən komandanın 27-ci turda “Sent Patriks Atletiks” klubu ilə səfər oyunu təxirə salınıb. “Dandalk” bununla Ağdam klubu ilə matçlara daha yaxşı hazırlaşmaq məqsədi güdür. İyulun 26-da keçirilməli olan qarşılaşmanın vaxtı dəyişdirilib.
Xatırladaq ki, “Dandalk”ın iyulun 19-da 26-cı tur çərçivəsində keçirilməli olan “Kork Siti” ilə oyunu da “Riqa” ilə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşünə görə təxirə salınmışdı.
“Qarabağ”la “Dandalk” arasında ilk oyun iyulun 24-də İrlandiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə 1 həftə sonra “Dalğa Arena”da baş tutacaq və yerli vaxtla 21:00-da start götürəcək.
Bizi Facebook-da izləyin