![](https://komanda.az/wp-content/uploads/2023/12/dieqo-dalot-780x470.jpg)
“Mançester Yunayted”in müdafiəçisi tənqidçilərinin cavabını verdi
“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot ona ünvanlanan tənqidlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu komandası üçün bütün varlığı ilə mübarizə apardığını deyib:
“İnsanlar mənim futbolumu bəyənsələr də, bəyənməsələr də, deyə bilməzlər ki, mən bütün varlığımı kluba verməmişəm. Guya ki, mən mübarizə aparmıram və bu klubun nə olduğunu hiss etmirəm”.
25 yaşlı Dalot bu mövsüm 37 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin