“İspanları çox yaxşı tanıyırıq, onlar topa sahib olmağı sevirlər” – Daliç
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının İspaniya ilə keçiriləcək final matçından öncə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin güclü oyunçulara sahib olduğunu dilə gətirib:
“İspanları çox yaxşı tanıyırıq, onlar topa sahib olmağı sevirlər. Güclü oyunçuları və əla oyun üslubları var. Sürətli, yüksək səviyyəli komandadırlar. AÇ-2020-də İspaniyaya qarşı oynadıq və məğlub olduq (3:5). Onlarla rəqabət aparmaq gücünə sahibik. Bunu meydançada göstərməyə çalışacağıq”.
Millətlər Liqasının Xorvatiya – İspaniya final matçı bu gün, saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin