Dalana dirənən danışıqlar

“Milan” hücumçusu Rafael Leao ilə müqavilənin uzadılması ilə bağlı danışıqlarda irəliləyişə nail ola bilməyib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun direktoru Paolo Maldini məlumat verib:

“Biz Leao ilə müqavilə müddətinin uzadılması üzərində işləyirik. Eyni nöqtədəyik, indi yeni müqavilə imzalamaq barədə düşünmək üçün ən yaxşı vaxt deyil.

Oyunçunun agentləri ilə bir neçə görüş nəzərdə tutulub. Lakin bunu videobağlantı vasitəsilə, sakit şəkildə müzakirə etmək olar”.

Leaonun Milan klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Daha əvvəl bildirilmişdi ki, klub portuqaliyalı futbolçuya 2027-ci ilə qədər nəzərdə tutulan, mövsümə 7 milyon avro maaşla yeni müqavilə təklif etməyi planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button