
Tuxel: “Daha yaxşısını etməliyik”
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Albaniya yığması ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi oyunu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Daha yaxşısını edə bilərik və daha yaxşısını etməliyik. Oyuna yaxşı başladıq, lakin rəqib müdafiə olunduğu üçün onları darmadağın etmək çətin idi. Albaniya millisinin də iştirak etdiyi AÇ-2024-də gördüyümüz bütün matçlarda onlar şanslarını əldən verməməyi və asan qol buraxmamağı bacardılar. İkinci hissədə mənə elə gəldi ki, biz çox ləng qaçırıq, topun arxasınca qaçmaq çox vaxt kifayət deyildi”.
Oyun martın 21-də keçirilib və 2:0 hesabı ilə ingilislərin qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin