“Tənqid həm yaxşı, həm də pisdir” – “Liverpul”un müdafiəçisi
“Liverpul”un müdafiəçisi Vircil van Dayk cari mövsümdəki çıxışı haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu daha yaxşı oynaya biləcəyini deyib:
“Düşünürəm ki, daha yaxşı oynaya bilərəm. Tənqidlər həmişə olub və olacaq. Futbolda tənqid həm yaxşı, həm də pisdir. Yenə də əminəm ki, mənim təkmilləşmək üçün imkanım var. Bunun yeganə yolu oynamaq, səhvlərdən nə isə öyrənmək və ətrafdakı söz-söhbətlərə çox qulaq asmamaqdır”.
31 yaşlı van Dayk bu mövsüm bütün yarışlarda 18 oyuna çıxıb və 1 qol vurub. Onun “Liverpul”la müqaviləsi 2025-ci ilə qədərdir.
“Liverpul” Premyer Liqada 12 turda 16 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin