“Daha yaxşı olmağa cəhd edəcəyik” – Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının 2-ci turunun “Araz-Naxçıvan” – “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Araz-Naxçıvan” Premyer Liqaya yeni gəlsə də, ilk tur bu komandaya qarşı tam məsuliyyətlə və hörmətlə yanaşmağın lazım olduğunu göstərdi. Əfsuslar olsun ki, iki oyundur istədiyimiz nəticəni əldə edə bilmirik. Çətin olacağını görürdük, amma bu qədərini təxmin etmirdik. Yeni qurulsaq da, toplanışda fərqli komanda idik. Sonrakı görüşlərdə dinamika azalıb və istədiyim tempi görmürəm. İnanıram ki, komanda toparlanacaq və daha yaxşı olmağa cəhd edəcəyik. “Sabah”la görüşü yorğunluqla əlaqələndirmək olardı. Amma bu dəfə heç bir yorğunluq olmamalı idi. Konfrans Liqasında hər hissədə 5-6 qol epizodu yaradırdıqsa, son iki matçda bu rəqəm sıfırdır. Heyətimizdə potensiallı futbolçular var. Komanda şəklində zəif oynayırıq”.
Bizi Facebook-da izləyin