“Daha yaxşı müdafiə olunmalı idik” – PSJ-nin kapitanı

PSJ-nin kapitanı Markinyos Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Borussiya”ya məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, bu məğlubiyyəti bir təcrübə olaraq gördüyünü bildirib:

“Bizim çatışmayan cəhətimiz səmərəlilikdir. İki matçda iki qol vurdular. Daha yaxşı müdafiə olunmalı idik, hər şey təfərrüatlarla bağlı idi. Bu oyundan sonra Çempionlar Liqasından çox yaxşı şeylər xatırlaya biləcəyik. Əvvəlcə heç kim bizim bu qədər irəli gedəcəyimizə inanmırdı. Yarımfinalda mübarizədən kənarlaşdırıldıq, amma bu yeni bir təcrübədir. Biz azarkeşlər üçün mümkün olan hər şeyi etmək, onları “Uembli”yə aparmaq istəyirdik. Çox çətin olsa belə, başınızı aşağı sala bilməzsiz”.

Dortmundlular ümumi hesabda (2:0) qalib gələrək, Çempionlar Liqasının finalına çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button