“Daha üst pillələrə qalxmaq istəyirik”

“Murov Az Terminal”ın üzvü İlhamə Əzimova qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 11-ci turunda UNEC-lə matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, o, qələbəyə görə sevincli olduqlarını bildirib:

“Qələbə qazanmağımız münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm. Növbəti turdakı oyunlar bizim üçün olduqca vacibdir. Turnir cədvəlində daha üst pillələrə qalxmaq istəyirik. “Azərreyl”lə keçiriləcək növbəti matçda qələbə qazanmaq istəyirik. İnanıram ki, biz bunu bacaracağıq”.

“Murov Az Terminal” – UNEC qarşılaşması birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button