Daha üç taekvondoçu DÇ-də medalsız qaldı

Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.

Komanda.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) ilə dueldən qalib ayrılsa da, Migel Treyosunun (Kolumbiya) müqavimətini qıra bilməyib.

87 kq-dakı Taleh Süleymanov Manuel Polleti (Belçika) yensə də, Maykl Rodrigeslə (ABŞ) bacarmayıb.

Nəhayət, qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova da dayanq üzərinə çıxıb. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakamini (Yaponiya) yenib. O, 1/8 finalda Botagez Kapanovaya (Qazaxıstan) məğlub olub.

Qeyd edək ki, mundial iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button