
“Qalatasaray”ı təhqir etdilər, Sane dava saldı
“Qalatasaray”ın vingeri Leroy Sane hər il Almaniyada keçirilən dünyanın ən böyük pivə festivalı olan “Oktoberfest”ə qatılıb və dava salıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, futbolçunun yanında oturan bir kişi onu klub seçiminə görə tənqid edəndə Sane qarşılıq verib və sonradan bunları deyib:
“Qalatasaray”a ədəbsiz ad deyirdilər. Festival çadırında şəxsən mən uzun müddət təxribata və təhqirlərə məruz qaldım. Klubum “Qalatasaray” da təhqir edildi. Atmosfer gərginləşdi, məni itələdilər və qısa bir döyüş başladı. Təbii ki, daha sakit reaksiya verməliydim. Etiraf edirəm”.
29 yaşlı vinger bu yay “Bayern”dən “Qalatasaray”a keçib. O, bu zaman ərzində 9 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



