“Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 30-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk dəqiqələrdən gərginlik hiss olunurdu. Hər iki komanda səhv etməkdən qorxurdu. Bu gün itirilən xal fəlakətə bərabər ola bilərdi. Şamaxı çox çətin səfərdir. Bizdən qat-qat yaxşı komandaların burada nə problemlər yaşadğını görmüsüz. Meydança, hava amili təsir edir. Bəzi məqamlarda üstünlüyü ələ keçimişdik. İlk hissədə rəqib qapanmışdı. Top onlarda olanda biz də o vəziyyətdə olurduq. İkinci hissədə “Şamaxı” da irəliyə atıldı. Ona görə daha çox hücumlar edə bildik. Oyun davam etdikcə futbolçular açılışır. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik. Amma buna heyfslənmirik, Çempionat davam edir. Ən əsası evdəki matçlarda qələbə qazanmalıyıq. Səfərdə “Kəpəz”ə də məğlub olmasaq, ümid etmək olar. Bunu da etməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button