“Daha pis qrupa düşə bilərdik” – İsveç millisinin baş məşqçisi
İsveç millisinin baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupuna düşmələrinə münasibət bildirən 60 yaşlı mütəxəssis, püşkatmadan razı qaldığını deyib:
“Beş komandalı qrup yaxşıdır. Bu o deməkdir ki, biz də yoldaşlıq görüşləri keçirəcəyik.
Daha pis qrupa düşə bilərdik. Eyni zamanda, bundan da münasib qrup var idi. Məncə, bu, müəyyən mənada orta qrup sayılmalıdır. Çətin, amma mərhələ adlamağımızın mümkün olduğu qrupdur”.
AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç və Azərbaycanla yanaşı, Belçika, Avstriya və Estoniya da mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin