
Daha iki futbolçuda koronavirus aşkarlandı – Super Liqa klubunda
Türkiyənin “Qaziantep” klubunda koronavirusa yoluxanların sayı artıb.
Komanda.az xəbər verir ki, yeni analizlər nəticəsində daha iki futbolçuda, eləcə də klubun işçilərindən ikisində koronavirus aşkarlanıb.
COVİD-19 testləri pozitiv çıxan şəxslər dərhal karantinə alınıb.
Xatırladaq ki, “Qaziantep”də bir neçə gün öncə daha bir futbolçunun koronavirus testinin müsbət nəticə verdiyi açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin