“Bəli, çempion olmaq mümkündür” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 24-cü turunun “Betis”lə matçını (0:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müdafiədə yaxşı oynadıqlarını bildirib:

“Hər şeyi daha yaxşı etmək olardı. Hücumlarımız daha təsirli ola bilərdi. Müdafiədə yaxşı oynadıq. Bəzən rəqib cərimə meydançasına doğru qapanır.

Bizim müəyyən səviyyəmiz var. Daha yaxşı oynamalıyıq. Daha çox effektivlik, daha az driblinq. Bəlkə də, uzaqdan qapıya zərbələr endirmək lazımdır. İnkişaf etməliyik”.

Daha sonra italiyalı mütəxəssis “Real”ın İspaniya çempionatında qalib gəlmək şanslarını dəyərləndirib:

“Bəli, çempion olmaq mümkündür. Çox çətindir, lakin sona qədər mübarizə aparacağımıza heç bir şübhə yoxdur”.

“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində 53 xalla ikinci, “Betis” isə 41 xalla beşincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button