“Daha böyük nəticə əldə etmək üçün şansımız var” – Daliç

Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqası haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, final mərhələsinə qədər qət etdikləri yolu xatırladıb:

“Turnirin ilk iki matçında problemlər yaşasaq da, sonra əla nəticələr əldə edə bildik. Qrupda Fransa və Danimarkanı məğlub etdik, birinci yeri təmin etdik və final mərhələsinə vəsiqə qazandıq. Biz əlimizdən gələni etmək istəyirik.

Daha böyük nəticə əldə etmək üçün şansımız var. Uğura nail olmaq üçün lazımı keyfiyyətlərə də sahibik. Avropanın ən güclü dörd komandasından biri olmaq da böyük nailiyyətdir. Medal üçün buradayıq. Bunu meydançada göstərmək istəyirik”.

Bu gün Millətlər Liqasında “Dördlər finalı” çərçivəsində Niderland – Xorvatiya matçı keçiriləcək. Oyun saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button