“Daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik” – “Qarabağ”ın legioneri

“Qarabağ”ın futbolçusu Marko Yankoviç “İnstaqram” hesabında başa çatan mövsümlə bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, Yankoviç heyrətamiz mövsüm keçirdiklərini bildirib:

“Bu, klubumuzun tarixinin bir hissəsi kimi əbədi olaraq qalacaq. Hamımızın bir çox unudulmaz anı var, lakin bunlar artıq keçmişdə qaldı. Növbəti addımlar haqqında düşünməliyik. Daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik. Bu uzun marafonda iştirak edən hər kəsə, klubdakı bütün insanlara, komanda yoldaşlarıma ailələrimizə və azarkeşlərimizə təşəkkür edirəm!”

“Qarabağ” 2023/24 mövsümündə Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button