Daha bir yığmanın baş məşqçisi koronavirusa yoluxdu
Futbol üzrə İsveç yığmasının baş məşqçisi Yanne Anderssonda koronavirusa aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
COVİD-19 testi müsbət nəticə verən 58 yaşlı mütəxəssis ötən həftənin sonundan karantindədir. Bu üzdən o, Danimarka yığmasına qarşı keçirdikləri yoxlama oyununda da komandasının yanında ola bilməyib.
Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasını çalışdırır.
Yanne Anderssondan öncə Macarıstan yığmasının baş məşqçisi Marko Rossidə də koronavirus aşkarlandığı açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin