Azərbaycanın daha bir yığması Avropa çempionu oldu

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.

Komanda.az xəbər verir ki, Sərbəst güləş üzrə millimiz digər komandalarımızın uğurunu davam etdirib.

1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 137 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.

Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.

Xatırladaq ki, millimizin heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button