
Riberi karyerasını bitirdi – Rəsmi
Fransa millisinin və “Bayern”in sabiq yarımmüdafiəçisi Frank Riberi karyerasını bitirdiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, fransalı futbolçu bu barədə sosil şəbəkə hesabında yazıb:
“Top dayanır, amma içimdəki hisslər dayanmır. Bu gözəl macəraya görə hamınıza təşəkkür edirəm”.
Riberi karyerası ərzində “Qalatasaray, “Marsel”, “Bayern”,” “Fiorentina” kimi klublarda çıxış edib. Onun son klubu 2021-ci ildən çıxış etdiyi İtaliya “Salernitana”sı olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin