Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanı klubuna keçdi – Rəsmi

Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına üz tutub.

Komanda.az xəbər verir ki, “Sevilya”nın qapıçısı Yassin Bono karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Mərakeşli qolkiper “Əl-Hilal”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ərəblər 32 yaşlı qapıçı üçün İspaniya klubuna 21 milyon avro təzminat ödəyib. O, yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Bono 2019-cu ilin sentyabr ayından “Sevilya”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button