
Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına köçə bilər
“Monako”nun hücumçusu Bril Embolo Səudiyyə Ərəbistanına köçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrə millisinin futbolçusu Səudiyyə Ərəbistanı klublarından birinin diqqətini çəkib.
Embolonun özü İtaliyanın top klubları – “Roma” və “Milan”ın marağına baxmayaraq, karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyin əleyhinə deyil.
28 yaşlı hücumçu ötən mövsümdə “Monako”nun heyətində 7 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə müqaviləsinin müddətı gələn ilin yayında başa çatacaq. “Transfermarkt”a görə, Embolonun dəyəri 12 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



