
“Daha bir qələbə, daha bir qol” – Ronaldo
“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunun “Əl-Fateh”lə oyunundan (2:1) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu matç ilə bağlı sosial şəbəkədə paylaşım edib:
“Daha bir qələbə, daha bir qol. Gəlin eyni ruhda davam edək, “Əl-Nəsr”.
“Əl-Nəsr” hazırda 20 oyundan sonra 49 xalla Səudiyyə Ərəbistanı çempionatında ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin