Daha bir oyun koronavirusa görə təxirə salındı – Belarusda
Futbol üzrə Belarus çempionatında daha bir oyun koronavirusa görə təxirə salınıb.
Komanda.az xəbər verir ki, 10-cu turun “Smoleviçi” – “Minsk” qarşılaşması nəzərdə tutulduğu kimi, mayın 23-də keçirilməyəcək.
Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Belə bir qərarın qəbul olunmasına paytaxt təmsilçisinin oyunçularının koronavirusa yoluxma şübhəsinin olması səbəb göstərilir. Daha öncə bu komandanın 9-cu tur çərçivəsində, mayın 15-də keçirilməli olan “Neman”la görüşü də qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin