Daha bir ölkədə milli çempionata start verildi

Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, daha bir ölkədə futbol mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, bu gün Tayvanda milli çempionatın ilk turunun oyunları keçirilib.

8 komandalı çempionatda açılış turunun bütün oyunları eyni günə təsadüf edib. Son çempion “Taybey Tatunq” evdə “Taypover”ə uduzub – 2:3. “Hanq Yun” öz meydanında “Tayçenq Lions”a 4 cavabsız qolla qalib gəlib. “Taynan Siti” səfərdə “Minq Çan Universiti”dən üstün olub – 4:2. “Tayçunq” – “Tayvan Universiti” matçında isə ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.

2-ci turun oyunları aprelin 19-da keçiriləcək.

Qeyd edək ki, bu gün açıqlanan nəticələrə görə, Tayvanda ümumilikdə 388 nəfər koronavirusa yoluxub və onlardan 6-sı ölüb.

Əlavə edək ki, hazırda dünyada yalnız Belarus, Burundi, Nikaraqua və Tacikistanda yerli çempionatlar davam etdirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button