Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı
Futbol üzrə Danimarka Super Liqasının bərpa tarixi açıqlanıb.
Komanda.az xəbər verir ki, sözügedən ölkədə çempionat mayın 28-də qaldığı yerdən davam edəcək. Bu barədə Super Liqanın rəsmi saytı məlumat yayıb.
Çempionat 21-ci turdan təxirə salınmış “Orxus” – “Ranners” oyunu ilə bərpa olunacaq. Mayın 29-dan etibarən isə 25-ci turun oyunlarına start veriləcək.
Superliqaya iyulun 26-da yekun vurulacaq. 3 gün sonra isə UEFA Avropa Liqasına vəsiqə uğrunda pley-off görüşü baş tutacaq.
Qeyd edək ki, Danimarka Super Liqasına 24 turdan sonra 62 xalla “Midtyulland” başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin