İbrahimoviç karyerası ilə bağlı qərar verib
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliya klubundakı gələcəyi ilə bağlı danışıb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, daha bir neçə il oynamağı planlaşdırdığını deyib:
“Əla formada olanda dünyanın ən yaxşısı oluram. Zarafat etmirəm. İndiki durumda olsam, daha bir il “Milan”da çıxış edəcəm. Daha bir neçə il oynamağı planlaşdırıram”.
41 yaşlı isveçli futbolçu 2020-ci ilin yanvarından “Milan”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin