Daha bir milli komanda baş məşqçisiz qaldı
Futbol üzrə Ekvador millisinin baş məşqçisi Qustavo Alfaro postundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyası məlumat yayıb.
60 yaşlı mütəxəssislə başa çatan müqaviləni yeniləməyə ehtiyac duyulmayıb.
2020-ci ildə Ekvador yığmasının “sükanı arxasına” keçən argentinalı məşqçi komandanı Qətərdə baş tutan dünya çempionatına aparıb. Ekvador millisi DÇ-2022-nin qrup mərhələsində 4 xal toplasa da, növbəti raunda yüksələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin