
Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanını tərk etməyə yaxındır
“Əl-Əhli”nin hücumçusu Roberto Firmino yaxın zamanda müqaviləsini ləğv edib, sərbəst agent kimi klubu tərk edə bilər.
33 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatı oyunlarında iştirak etmir.
Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, indi tərəflər müqaviləni ləğv edə bilər. Bu da braziliyalı futbolçuya başqa kluba keçməkdə heç bir maneə yaratmayacaq. “Əl-Hilal” klubu da Neymarla eyni üsulla əməkdaşlığı sona çatdırmışdı.
Firmino 2023-cü ilin yayında “Əl-Əhli”yə keçib. Daha əvvəl o, 8 il ərzində “Liverpul”da oynayıb. Hazırda hücumçunun “transfermarkt” portalında qiyməti 6 milyon avro göstərilir. Onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin