Daha bir komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-17 Liqasında keçirilən “Sumqayıt” FK – “Neftçi” PFK oyununda “Sumqayıt”ın futbolçusu Şükür Cəfərli kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

U-16 Liqasında keçirilən İCBFA – “Kəpəz” PFK oyunu bitdikdən sonra İCBFA komandasının futbolçusu Adəm İmaməliyev rəqibə qarşı təhqiramiz və qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb. Oyun bitdikdən sonra “Kəpəz”in futbolçusu Ruslan Məmmədov rəqibə qarşı təhqiramiz və qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilməli olan “Zirə” PFK – “Ulduz Mingəçevir” qarşılaşması “Ulduz Mingəçevir” komandası nəzərdə tutulan vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Ulduz Mingəçevir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında keçirilən “Azart” – İCBFA oyunu bitdikdən sonra “Azart”ın məşqçisi Səxavət Ağazadə hakimi təhqir etdiyinə görə 3 oyun cəzalandırılıb.

U-11 Liqasında keçirilən “Muğan” PFK – “Masallı” PFK oyununun 20-ci dəqiqəsində “Masallı”nın baş məşqçi Bəxtiyar Mehralıyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 3 oyun cəzalandırılıb.

Futzal üzrə birinci liqada keçirilən “Bakı” MFK – PFL oyununda, “Bakı” MFK komandasının oyunçusu Hüseyn Qarayev oyunun 30-cu dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button