Daha bir komandanın AÇ-2024 üçün yekun heyəti müəyyənləşdi

Şotlandiya millisinin qarşıdakı AÇ-2024 üçün yekun heyəti açıqlanıb.

Komanda.az Şotlandiya Futbol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Stiv Klark heyətə 26 futbolçu daxil edib. 

Qapıçılar: Zander Klark, Kreyq Qordon, Aqnus Qunn, Liam Kelli.

Müdafiəçilər: Liam Kuper, Qrant Hanli, Cek Hendri, Skott Makkenni, Ross Makkrori, Rayan Porteous, Entoni Ralston, Endryu Robertson, Qreq Taylor, Keran Tyerni.

Yarımmüdafiəçilər: Stüart Armstronq, Rayan Kristi, Billi Qilmur, Rayan Cek, Con Makqinn, Kallum Makqreqor, Skott Maktominey.

Hücumçular: Çe Adams, Tommi Onvey, Ceyms Forrest, Luis Morqan, Lourens Şenklend.

Xatırladaq ki, Şotlandiya millisi AÇ-2024-də A qrupunda mübarizə aparacaq. Onların qrup mərhələsindəki rəqibləri Almaniya, Macarıstan və İsveçrə milliləri olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button