
“Çelsi” də argentinalı üçün mübarizəyə qoşulub
“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister İngiltərənin daha bir klubunun maraq dairəsinə düşüb.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, “Çelsi” son həftələrdə futbolçunun keçidi üçün danışıqları sürətləndirib.
Öncədən argentinalı futbolçu ilə “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”un da maraqlandığı bildirilirdi.
London təmsilçisi DÇ-2022-nin son qalibini transfer etməklə Aleksis Makallister – Enzo Fernandes tandemi formalaşdırmağı planlayır.
Futbolçunun “Brayton”la hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
24 yaşlı oyunçu cari mövsümdə İngiltərə Premyer Liqasında 29 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin