
“Daha bir inanılmaz komanda işi” – FOTO
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda “Əl-Fateh”i məğlub edib (5:0). Bu qarşılaşmadan sonra “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, matçla bağlı “Daha bir inanılmaz komanda işi” sözlərini yazıb.
Beş qolun vurulduğu görüşdə Ronaldo het-trik, Sadio Mane isə dubl edib.
“Əl-Nəsr” 2023/24 mövsümündə ölkə çempionatında ilk qələbəsini qazanıb. Onlar hazırda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin