Daha bir güləş zalı istifadəyə verildi
Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda maddi texniki bazanın və infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirləri davam edir.
Komanda.az xəbər verir ki, bu gün daha bir güləş zalı istifadəyə verilib.
Masallı Uşaq Gənclər İdman və Şahmat Məktəbinin güləş zalının açılış mərasimi keçirilib. Tədbirdə AGF-nin baş katibi Nəsimi Musayev, onun müavini Orxan Məmmədov, sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, qadın güləşi üzrə millinin böyük məşqçisi Toğrul Əsgərov, sərbəst güləş üzrə U-20 yığma komandanın məşqçisi Əşrəf Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Elman Rzayev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamıyev, Masallı rayon icra hakiminin köməkçisi Zamin Kazımov, həmçinin regionda fəaliyyət göstərən güləş mütəxəssisləri iştirak edib. Çıxış edənlər güləş zalının Masallıda bu idman növünün inkişafına böyük təkan verəcəyinə inandıqlarını bildiriblər və güləşçilərə uğurlar arzulayıblar.
Məşqçilər Maqsud Ağayev və Cavad Həsənovun rəhbərliyi altında 3 yaş qrupu üzrə güləş bölməsi fəaliyyət göstərir. Bu güləş məktəbinin idman avadanlıqlarıyla təchiz edilmiş fitnes zalı fiziki hazırlıq üzrə məşqlər üçün istifadə ediləcək. İdman mərkəzi AGF tərəfindən zəruri inventarla təmin edilib.
Bizi Facebook-da izləyin