Daha bir futbolçu “Qarabağ”dan ayrılır – Açıqlama

İnnosent Emeqara “Qarabağ”la yeni müqavilə bağlamaqdan imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə hücumçu İsveçrənin “Blick” saytına açıqlamasında deyib:

“Qarabağ”ın yeni müqavilə təklifi məni qane etmədi. Görək, bundan sonra nə olacaq”.

Emeqara “Qarabağ”la bir neçə gün əvvəl ölkə çempionu olmasına da münasibət bildirib:

“Çempionluq yaxşı hissdir. Bu, adamda özünəinamı artırır. Çempionluğu son turun oyunundan sonra qeyd edəcəyik”.

2014/2015 mövsümündə də “Qarabağ”da çıxış etmiş isveçrəli forvard, ötən yay yenidən “köhlən atlar”a qoşulmuşdu.

“Qarabağ”da forma geyinən daha bir legionerin – Yakub Jezniçakın da klubdan ayrılacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button