Daha bir futbolçu millidən getdiyini elan etdi

Futbol üzrə İsveçrə yığmasının hücumçusu Admir Mehmedi milli karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qeyd edək ki, hazırda Almaniyanın “Volfsburq” klubunun uğurları üçün çalışan Admir Mehmedi, İsveçrə yığmasında 2011-ci ildən çıxış edirdi. O, millidə 76 oyun keçirib və 10 qola imza atıb. Onun heyətində yer aldığı İsveçrə yığması AÇ-2020-də İspaniya ilə 1/4 final matçında penaltilərlə uduzaraq mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button